Şəfəqə Doğru » Gündəm » Xaricdə yaşayan vətəndaşlarımız parlament seçkilərində səs verə biləcəklər?

Xaricdə yaşayan vətəndaşlarımız parlament seçkilərində səs verə biləcəklər?

Xaricdə yaşayan vətəndaşlarımız parlament seçkilərində səs verə biləcəklər?

"Parlament seçkilərində xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları səs verə bilməyəcəklər”.

 

Bunu Modern.az-a xaricdə yaşayan azərbaycanlıların səsvermə hüququ haqqında danışarkən Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov söyləyib. O, qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar ancaq prezident seçkilərində və referendumda səs verə bilirlər:

 

"Onların parlament seçkilərində səsvermə hüquqları yaşadıqları xarici ölkələrdə təmin edilmir. Çünki parlament seçkiləri dairələr üzrə aparılır. Hər hansı bir dairədə yaşayan vətəndaşlar öz namizədlərinə səs verirlər. Ona görə də ancaq dairədə səs vermək olur.

Parlament seçkiləri ilə bağlı ölkədən kənarda seçki məntəqələri yaradılmır”.