Şəfəqə Doğru » Gündəm » 36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

"Son 48 saatda 36 min nəfər Türkiyə sərhədi yaxınlığına köç edib”.

Shafaqdogru.com  Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əsəd rejimi qüvvələri və Rusiyanın İdlib hücumları səbəbilə Türkiyə sərhədi yaxınlığına Suriyadan böyük izdiham var. Ümumilikdə, 2 ay yarım ərzində 450 min əcnəbi sərhəd yaxınlığındakı bölgələrdə məskunlaşıb. Suriya Müşahidə Koordinatorluğu müdiri Məhəmməd Hallaj Rusiyanın da hava qüvvələri ilə dəstək verdiyi hücümlar nəticəsində Asal, Kəfər, Qasimiyyə və başqa şəhərlərdən də köç prosesinin davam etdiyini bildirib.

 

Qeyd edək ki, Bəşər Əsəd rejiminin qüvvələri və Rusiyanın hücumları nəticəsində son 2 gündə 11 min 691 ailədən ibarət 36 min 7 mülki şəxs evsiz qalıb.