Şəfəqə Doğru » Gündəm » Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb
Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

Shafaqadogru.com  Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 87 binanın dağıldığı, 2219 binanın müxtəlif dərəcəli zədə aldığı bildirilir. Dağıntılar altından xilas edilənlərin sayı 45-ə yüksəlib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.