Rusiya prezidenti Vladimir Putinə inanan vətəndaşların sayında ciddi azalma var.
Shafaqadogru.com Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə başçısına cəmi 35% sakin etibar edir.
Bu barədə "Levada” mərkəzinin sorğusundan aydın olub. Maraqlıdır ki, 2017-ci ilin noyabrında prezidentə etibar göstəricisi 59% olub. Bununla da, 2 ildə inam göstəricisi 24% azalıb.