Şəfəqə Doğru » Gündəm » “Sizin övladlarınızın toyunda azı 1000 nəfər olub” – Tolik deputatlardan danışdı

“Sizin övladlarınızın toyunda azı 1000 nəfər olub” – Tolik deputatlardan danışdı

“Sizin övladlarınızın toyunda azı 1000 nəfər olub” – Tolik deputatlardan danışdı
Bir neçə aydır davam edən koronavirus pandemiyası dünya düzənində ciddi dəyişiklik edib. İnsanların öz ahəngi ilə davam edən həyatı dəyişib, bir sıra vərdişləri, yaşam tərzi axarından çıxıb. Bir neçə gün öncə millət vəkili Fazil Mustafa toylarla bağlı bəzi "ənənə”lərin ortadan qaldırılmasını təklif edib. 
Shafaqadogru.com  xəbər verir ki, aparıcı-prodüsser Tarix Əliyev (Tolik) buna etiraz edib: "Bir neçə millət vəkili insanları toy etməməyə çağırıb. Olsa da, 20-30 nəfər olsun, qonaqlar da pulları onlayn şəkildə hesablara yatırsınlar. Bəzi millət vəkilləri və məmurlar öz övladlarına toy edəndə niyə pulları hesablara qoymurdular, amma kasıb təbəqənin toylarına tez göz dikdilər. Toyxanalarda işləyən yüzlərlə ofisiant, aşpazlar, qabyuyanlar, xadimələr evdə otursunlar ki, nə millət vəkilləri belə təkliflə çıxış edirlər. Məncə, bu dəqiqə biz kasıb təbəqənin insanlarını düşünməliyik. Bu da təzə çıxdı, özlərini ağıllı hesab edirlər, toylar olmasın, 20-30 nəfər qonaq olsun. Siz övladlarınıza toy edəndə ən azı 1000 nəfər dəvət edirsiniz heç sizin qonaqların nə qədər pul saldığını onlayn etmirlər, kasıbın pulunu tez saymaq istəyirsiniz?”