Şəfəqə Doğru » Gündəm » Qəzada polis öldü, hərbçi yaralandı - Fotolar+Yenilənib

Qəzada polis öldü, hərbçi yaralandı - Fotolar+Yenilənib

Qəzada polis öldü, hərbçi yaralandı - Fotolar+Yenilənib
 

***Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Shafaqadogru.com -un məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində olub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ölən və yaralananların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Qəzada ölən şəxs 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər rayon polis şöbəsinin əməkdaşıdır.

Xəsarət alanlardan biri 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 

Digər yaralı 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. 

Tural Hüseynli