"Ermənistanın səhiyyə sistemi artıq çökməkdədir - 24 saat ərzində 697 koronavirus yoluxması qeydə alınıb”.
Shafaqadogru.com xəbər verir ki, bu etirafı az öncə işğalçı ölkənin bu günlərdə özü də koronavirusa yoluxmuş Baş naziri Nikol Paşinyan "Facebook»da canlı yayımda edib.
O qeyd edib ki, Ermənistanda 20 minə qədər insanın bu xəstəliyə yoluxma, lakin bu barədə bilməmələri ehtimalı var. "Vəziyyət belədir ki, hamımız bir-birimizi potensial koronavirus daşıyıcısı kimi qəbul etməliyik»- deyə Paşinyan qorxu içində söyləyib.
Sultan Laçın