Havalar istiləşdikcə insanlar həm istirahət,
həm də sərinləmək üçün dənizə üz tuturlar. Mütəxəssislər müəyyən ediblər ki, insanlar
dənizdə dincəlməklə yanaşı bir çox xəstəliklərini də müalicə edə bilərlər. Yəni dəniz suyunun bir çox dərdə dərman olduğu aşkarlanıb.
sayt dəniz suyunun möcüzəvi
əhəmiyyətindən bəhs edən yazını təqdim edir.
Mütəxəssislər astma, allergik rinit və atopik
dermatit xəstəliklərinin ən yaxşı və təbii müalicəsinin dəniz suyu və günəş
olduğunu bildiriblər. Bu xəstəliklərin daşıyıcılarına dənizdə istirahət etmək
məsləhət görülüb. Dəniz suyunun ümumiyyətlə çox şəfalı olduğunu qeyd edən
mütəxəssislər onu da vurğulayıblar ki, müasir təbabətin atası sayılan Hippokrat
da dəniz suyunun yaraları sağaltdığını kəşf edib və bunu öz xəstələrində tətbiq
edib. Aparılan tədqiqatlar zamanı dəniz suyunun insan qanının tərkibinə ən
yaxın maye olduğu, osmium, aldın, vanadium, sink, yod və potasium daxil olmaqla
80 dən çox faydalı maddə ilə zəngin olduğu sübut olunub.
Dəniz suyu tərkibindəki mineral duzlar, amin
turşuları və əksər elementlərlə insan orqanizmi üçün vitamin anbarı hesab
olunur. Və allergik xəstəliklərin müalicəsində ən əhəmiyyətli təbii müalicə
üsullarından biridir. Xüsusən də uşaqlar dəniz suyundan bol istifadə etməlidir.
Dəniz suyunda olan kalsium-karbonat, sulfat, kalium və maqnezium, maqnezium
sulfat uşaqlar üçün çox şəfalıdır. Dəniz suyu günəşlə birləşəndə atopic
dermatit, uşaqlıqlarda ekzema dediyimiz dəri xəstəliyinə çox yaxşı təsir edir.
Dəniz suyu xalq arasında qurd eşənəyi adlandırılan dəri xəstəliyinə, hədsiz
istilərdən yaranan səpkilərə də yaxşı kömək edir. Dəniz suyunun ən müsbət
təsirlərindən biri də yaraların, allergik reaksiyların yol açdığı izləri məhv
etməsidir. Ümumilikdə dəniz suyunun ekzema, atopik dermatit, qurdeşənəyi kimi
dəri xəstəliklərində böyük faydası var.
Dəniz suyu bütün nəfəs yollarını təmizləyir. Xüsusən
də allergik rinit və xroniki sinusitin təmizlənməsində çox təsirlidir. Burun və
boşluqların təmizlənməsində, aşağı tənəffüs yollarının və bronxların allergik
xəstəliyi, astmanın müalicəsində olduqca
müsbət təsirlərə malikdir.
Dənizdə üzmək ağciyərlərin tutumunu artırır və
bu məqsədlə ən çox tövsiyyə olunan idman növüdür. Dənizdə istirahətin ən önəmli
faydalarından biri də yay boyunca günəşdən alınan D vitaminidir. Bolluca günəş
vannası qəbul etdikdə D vitamini immun sistemini gücləndirir, orqanizmi qışda xəstəliklərindən
qoruyur, allergik xəstəliklərin qarşısını alır.