Rusiyalı tədqiqatçılar xərçəngin müalicəsi üçün yeni dərmanın təcrübədən keçirilməsi barədə məlumat yayıb. Shafaqadogru.com "Azərtac"-a istinadən xəbər verir ki, bu preparat klinikayaqədərki təcrübənin birinci mərhələsini keçib və xərçəng ilə mübarizədə əla nəticələr göstərib.
Dərmanların kliniki təcrübəsi isə 2018-ci il üçün nəzərdə tutulur. Lakin Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutunda bəzi əczaçılıq vasitələrini xəstələr üzərində testdən keçiriblər və nəticələr ümidverici olub.
Hazırda alimlər əldə edilən nəticələri emal edirlər. Son mərhələnin uğurlu keçəcəyi təqdirdə preparatın istehsalına başlanıla bilər