Şəfəqə Doğru » Gündəm » ABŞ hökumətindən Çinə daha bir zərbə: konsulluqlarını bağlayır – Pekin qisas alacağını deyir

ABŞ hökumətindən Çinə daha bir zərbə: konsulluqlarını bağlayır – Pekin qisas alacağını deyir

ABŞ hökumətindən Çinə daha bir zərbə: konsulluqlarını bağlayır – Pekin qisas alacağını deyir
ABŞ prezidenti Donald Tramp Texasdakı Çin konsulluğunun ardınca digərlərinin də bağlana biləcəyini istisna etməyib. Müşahidəçilər Vaşinqton və Pekin arasındakı diplomatik gərginliyin ciddi şəkildə kəskinləşməsindən danışırlar.

Shafaqadogru.com  xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yazır.

Dünən ABŞ hakimiyyəti Texas ştatındakı Hyuston şəhərində Çin konsulluğunu bağlamaq qərarına gəlib.

Dövlət Departamentində izah edildiyi kimi, Hyustonda işləyən çinli diplomatlar dəfələrlə viza fırıldaqçılığı və sənaye casusluğu ittihamı ilə məhkum ediliblər və Hyustondakı konsulluğun bağlanması qərarı çoxdan qəbul edilməli idi.

Çərşənbə günü jurnalistlərin ABŞ hakimiyyət orqanlarının Çindəki digər diplomatik nümayəndəliklərin bağlanacağını elan etməyə hazır olub-olmadığı barədə sualına cavabında Prezident Tramp bunun hər zaman mümkün olduğunu söyləyib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Pekinin qisas alacağını xəbərdar edərək ABŞ-ın qərarını çirkin adlandırıb.

Hələ təsdiqlənməmiş məlumatlara görə, yaxın günlərdə ÇXR Uhandakı Amerika konsulluğunun bağlanacağını elan edə bilər.

Vaşinqton və Pekin arasında diplomatik münasibətlərin bərpasından 40 il sonra Çin tərəfinə qarşı belə bir addım ilk dəfə edilib.

Vaşinqtondakı səfirliyindən əlavə, ÇXR-in Nyu York, Çikaqo, San-Fransisko, Los-Anceles və Hyustonda konsulluqları fəaliyyət göstərir.