Xəbər verdiyimiz kimi, Ağdamda ana dünyaya gətirdiyi körpəsindən imtina edib. Mart ayının birində xəstəxanaya daxil olan ana, dünyaya gətirdiyi körpəsini qəbul etməyib.
Məlumata əsasən rayonun Şıxbabalı kəndindən məcburi köçkün 1979-cu il təvəllüdlü Ağayeva Kifayət Əmir qızı xəstəxanaya təcili yardım maşınında gəlib. Növbətçi ginekoloji həkim qadının 40 həftəlik normal doğuş vaxtının çatdığını bildirib. Doğuş zamanı heç bir çətinlik yaşanmayıb və qız övladı doğulub.
Köçkün qadın K. Ağayeva uşağın atasının kimliyi barədə məlumat verməyib. Həkimlər qadının psixoloji problemi olduğunu, heç bir yaxınının xəstəxanaya gəlmədiklərini deyirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, K. Ağayevanın imtina etdiyi körpə zəruri sənədlər hazırlanaraq 1 saylı Körpələr Evinə yerləşdirilib.
K. Ağayevanın övladından hansı səbəbdən imtina etməsi və körpənin atasının kimliyi barədə məlumat verilməyib.