Şəfəqə Doğru » Gündəm » TİFLİSDƏ ERMƏNİLƏRİN QARABAĞ TƏXRİBATININ QARŞISI ALINIB

TİFLİSDƏ ERMƏNİLƏRİN QARABAĞ TƏXRİBATININ QARŞISI ALINIB

TİFLİSDƏ ERMƏNİLƏRİN QARABAĞ TƏXRİBATININ QARŞISI ALINIB

Azərbaycan jurnalistləri ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci sessiyasında erməni təxribatının qarşısını alıblar.

 

AZƏRTAC-ın və Azərbaycan Televiziyasının xüsusi müxbirləri sessiyanın keçirildiyi zalda masanın altında erməni dilində Qarabağla bağlı kitabların olduğunu aşkar edib və bu nəşrlərin yığışdırılmasını tələb ediblər. Tədbiri işıqlandıran digər azərbaycanlı jurnalistlər də bu tələbə qoşulublar.

 

ATƏT PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Bo Nilsen işə qarışdıqdan sonra kitablar zaldan yığışdırılıb.

Kitabda bu il aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı yalan məlumatlar əks olunub.