Şəfəqə Doğru » Gündəm » Türkiyə Qara dənizdə qaz tapdı

Türkiyə Qara dənizdə qaz tapdı

Türkiyə Qara dənizdə qaz tapdı
"Reuters"in xəbərinə görə Türkiyə Qara dənizdə 800 milyard kubmetr ehtiyata sahib təbii qaz yatağı tapıb. Shafaqadogru.com xəbər verir ki, KİV məlumatı iki türk vəzifəli şəxsdən aldığını bildirib.

Məlumata görə, Qara dənizdəki "Tuna-1" quyusunda Türkiyənin 20 illik təbii qaz ehtiyacını qarşılayacaq qədər ehtiyat var. Quyunın işlənməsi üçün 7-10 il arası vaxt və 2-3 milyard dollar investisiya tələb olunacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə Prezidenti cümə günü müjdəli bir xəbər verəcəyini elan etmişdi. Daha sonra "Bloomberg" Qara dənizdə kəşf edilən təbii qaz ehtiyatının Ərdoğanın elan edəcəyi "müjdə" olacağını bildirmişdi.