Şəfəqə Doğru » Gündəm » Azərbaycan 1 milyard dollarlıq nüvə reaktorları, yarım milyard dollarlıq səsyazma və səsləndirmə aparaturası alıb- Şubhə doğurur və izahata ehtiyacı var..

Azərbaycan 1 milyard dollarlıq nüvə reaktorları, yarım milyard dollarlıq səsyazma və səsləndirmə aparaturası alıb- Şubhə doğurur və izahata ehtiyacı var..

Azərbaycan 1 milyard dollarlıq nüvə reaktorları, yarım milyard dollarlıq səsyazma və səsləndirmə aparaturası alıb- Şubhə doğurur və izahata ehtiyacı var..
"Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 908 milyon 478 min dollardan çox dəyəri olan nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri gətirilib. "
Shafaqadogru.com  yazır ki, bunu iqtisadçı alim Qubad İbadoğlu öz araşdırmasında yazıb. Daha sonra Qubad İbadoğlu yazır:
"Təxminən bu məqsədə hər ay 130 milyon dollar vəsait xərclənib. Bildiyim qədər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC yaradılıb və "Rusatom” ilə əməkdaşlıq edir. Gətirilən avadanlıqlar da Qobuda Tədqiqat nüvə reaktorunun inşası üçündür. Maraqlıdır, pandemiya dövründə aztəminatlı əhalisinə 190 manat verməyə xəsislik edən hakimiyyət səxavətlə 1 milyard dollarlıq idxal əməliyyatını nəyin hesabına maliyyələşdirir?
Gömrük statistikasında diqqəti cəlb edən başqa bir əməliyyat bu ilin ilk 7 ayında elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları üçün 507 milyon 365 min dollardan çox vəsaitin xərclənməsidir.
Hər iki əməliyyat xeyli suallar doğurur, şübhəli görsənir, əlavə izahata ehtiyac vardır."
Qubad İbadoğlu