Şəfəqə Doğru » Gündəm » “Toydan sonra nağara vurmağın bu yazıq xalqa nə faydası?..”

“Toydan sonra nağara vurmağın bu yazıq xalqa nə faydası?..”

“Toydan sonra nağara vurmağın  bu yazıq xalqa nə faydası?..”
 "On illərlə hər biri öz işini gördü, missiyasını "şərəflə” yerinə yetirdi - Ramizləri də, Siyavuşları da, Elmarları da, Eldar Mahmudovları da, Hadıları da, Bıdıları da...”
3 cümlə ilə bir "quş"...
Sultan Laçın
 
 
Yazıq Vətən, yazıq xalq, sizin başınızda kimlər qoz sındırmadı, sizi kimlər aldatmadı, barmağına dolamadı, sizə kimlər həqarət etmədi; on illərlə hər biri öz işini gördü, missiyasını "şərəf" və "şöhrət"lə” yerinə yetirdi - Ramizləri də, Siyavuşları da, Elmarları da, Hadıları da, Bıdıları da,  Eldar Mahmudovları da, Əli İnsanovları da, Abelləri də, icra başçıları da, rəisləri də, məhkəmələri də, prokurorları da, təhsil müdirləri də, məktəb direktorları da, baş həkimləri də, "jek” müdirləri də...

Bu gün də indiyədək xalqa toy tutan  filan varlı, oliqarx qudaları və onların həddini aşan bəzi qonaqlarını karantin şəraitində keçirdikləri toy zamanı yox, toydan sonra tuturlar, cəzalandırırlar...

Toydan sonra nağara vurmağın bu yazıq, binəva xalqa nə faydası – bunların cəmiyyətə yeritdiyi rüşvətxorluq, saxtakarlıq mərəzi bununla sağalacaqmı, taladıqları sərvətlər, xaricə daşıdıqları paralar cibimizə qayıdacaqmı, tutduqları siyahıyla təyin etdikləri saxta deputatlar təzədən seçicilərin xidmətçisinə dönəcəkmi?..

Sultan Laçın