Şəfəqə Doğru » Gündəm » Rusiyadan Türkiyəyə sürpriz təklif: “İki ölkə birlikdə...”

Rusiyadan Türkiyəyə sürpriz təklif: “İki ölkə birlikdə...”

Rusiyadan Türkiyəyə sürpriz təklif: “İki ölkə birlikdə...”

Türkiyə böyük bir oyun dəyişdiricisidir. Rusiya Türkiyə ilə əməkdaşlığa hazırdır. Dünyada Türkiyənin rolu daha da artacaq.

Shafaqadogru. com xəbər verir ki, bu sözləri rus siyasi şərhçi Sergey Markov deyib.

Politoloq əlavə edib ki, Türkiyənin Qara dənizdə 320 milyard kubmetr təbii qaz yatağı kəşf etməsi Ankaranın əlini gücləndirəcək: "Türk mütəxəssislər və türk hökuməti bu qaynağı tapdı. Bu səbəbdən Türkiyə iqtisadiyyat liderlərindən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda onun Qara dənizdə belə axtarışlar aparması yeni iqtisadi layihə olaraq qiymətləndirilir. Bu, Türkiyəni enerji sahəsində daha müstəqil olmasına gətirib çıxaracaq”.

Ərdoğan-Putin münasibətlərinə diqqət çəkən Markova görə, liderlər arasında çox yaxşı münasibətlər olduğu üçün Qara dənizdə iki ölkənin neft və qaz sahəsində əməkdaşlığına ümid edir: "Bu əlaqələr Ərdoğan və Putin arasında dost münasibətlərə dayanır”.

Son illər Türkiyənin xarici siyasətdə müstəqilliyini elan etdiyini bildirən Sergey Markovun fikrincə, Türkiyə böyük bir oyun dəyişdiricisidir: "Türkiyə 50 il idi ABŞ-ın kölgəsində idi. Siyasi və iqtisadi baxımdan ABŞ-ın kölgəsində dayanırdı. Artıq Türkiyə xarici siyasətdə müstəqillik qazandı.

Hesab edirəm ki, 10 ildən sonra Türkiyə ABŞ və Avropa Birliyi ilə münasibətlərdə daha azad olacaq. Məncə, Türkiyə Rusiya ilə birlikdə olmalıdır”.