Şəfəqə Doğru » Gündəm » Türkiyə hücum qarşısında: Ordu iki kilometrlikdə… - Şok həmlə

Türkiyə hücum qarşısında: Ordu iki kilometrlikdə… - Şok həmlə

Türkiyə hücum qarşısında: Ordu iki kilometrlikdə… - Şok həmlə

Türkiyədən iki kilometr məsafədə yerləşən Meyisti adasına hərbi qüvvə göndərən Yunanıstan bu dəfə Rodosa da hərbi birliklər dislokasiya etdiyi bildirilib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Hərbi qüvvələrin mülki gəmilərlə daşındığı vurğulanıb.

Yunanıstan Müdafiə Nazirliyinin müvafiq addımı "Türkiyə təhlükəsizliyimizi təhdid edir” iddiası ilə atdığı deyilib.

Türk siyasi analitik Səlami Kuran bildirib ki, Yunanıstan 1960-cı illərdən bəri bölgədəki 16 adaya hərbi qüvvə göndərib:

"Yunanıstan bununla əldə edilmiş anlaşmaların üstündən xətt çəkir. Əgər bu anlaşmalar pozulursa, o zaman bunlara yenidən baxılmalıdr. Əlbəttə, Türkiyə də sakit dayanmır, hərbi sahədə lazım olan bütün addımları atır. Bölgədə yunanların hərbi dəniz bazası qurması bir çox anlaşmaları ləğv edib. Bunlar beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

Kuran qeyd edib ki, Türkiyə və Yunanıstan arasındakı anlaşmalara görə tərəflərdən heç biri adalarda hərbi qüvvə saxlamamalıdır: "Atılan addımlar Türkiyəyə hərbi təhdidlər yaradır”.