Şəfəqə Doğru » Gündəm » Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə "Report”a Komitədən bildirilib.

Məlumata görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2 645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



 

 
 
 
<iframe style="position: absolute; top: 0px; left: 0px; width: 540px; height: 728px; visibility: hidden; pointer-events: none; z-index: -1000; border-width: 0px; border-style: initial;"></iframe>