Səfər Mehdiyev gömrükdə oturub Azərbaycan dövlətinə ŞƏRİKLİK EDİR - ŞOK FAKTLAR
- Tarix: 11-sen-2020, 11:34 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 19
"Səfər Mehdiyev qohumlarını işdən çıxarmalı olacaq..." Bu iddianı DİA.AZ-a hökumətdəki mənbə məlumatında səsləndirib. Qaynaq iddia edir ki, son günlər ətrafında kifayət qədər qalmaqallı situasiya yaranan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev nəhayətdə geriyə doğru addım atmalı olacaq.

Mənbənin dia.az-a söylədikləri: "İlk əvvəl qohumlarına havələ etdiyi gömrük rıçaqlarını ləğv etməlidir. Ardından da zəruri kadr və struktur islahatları həyata keçirilməlidir. Bunlar hökumətin DGK rəhbərliyindən gözlədikləriir. Əks halda, Səfər Mehdiyevlə bağlı onun ürəyincə olmayan hadisələr baş verəcək. Həbslər belə mükkündür..."

Dia.az xatırladır ki, Səfər Mehdiyev gömrükdə bpyük bir qohumluq şəbəkəsi qurub. Həmin şəbəkə haqda məlumatı təqdim edirik:

1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur”

2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz

3. Səfər Mehdiyevin köməkcisi Rəşad. (yaxin qohumudur)

4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Iki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.

5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.

6. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.

7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu.

Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət

göstərir.

8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor.

9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir.

10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.

11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.

12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.

13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu.

14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.

15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir.

16. Bacanağı Həsən Dövlət Kömrük Qozpitalında işləyir.

17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir.

18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.

19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır.

20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir.

21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir.

22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir

23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücüdə gömrükdə işləyir)

24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir.

25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor

26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. "Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.

Dia.az bildirir ki, hər halda belə bir şəbəkə DGK-da oturub az qala Azərbaycan dövlət büdcəsinə şəriklik etməsi Səfər Mehdiyevi hüquqi müstəvidə cavabdehliyə daşımalıdır...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxşar xəbərlər