Şəfəqə Doğru » Gündəm » Azərbaycan dünyada dron istehsal edən – ŞİRKƏTLƏRƏ MÜRACİƏT ETDİ

Azərbaycan dünyada dron istehsal edən – ŞİRKƏTLƏRƏ MÜRACİƏT ETDİ

Azərbaycan dünyada dron istehsal edən – ŞİRKƏTLƏRƏ MÜRACİƏT ETDİ
İnnovasiyalar Agentliyi dünyada yüksək texnologiyalar sahəsində çalışan şirkətlərə müraciət edərək Ermənistana hərbi texnologiya satmamağa çağırıb.

Agentliyin müraciətində bildirilir ki, innovativ texnologiyalar insan həyatının bütün sahələrində, o cümlədən tibbdə, kənd təsərrüfatında, sənayedə, hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə geniş istifadə olunur. Ermənistan isə Azərbaycan ərazilərini artıq 30 ildir ki, işğal edib və BMT-nin qətnamələrinə baxmayaraq torpaqları azad etməyib. Sentyabrın 27-də isə növbəti təxribata cavab olaraq Azərbaycan ordusu torpaqların azad edilməsinə başlayıb.

Agentlik bildirir ki, Ermənistan tərəfi 11 oktyabr 2020-ci ildə münaqişə zonasından 60 km uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alaraq 9 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktı həyata keçirib.

Müraciətin sonunda İnnovasiyalar Agentliyi beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrinin satışının dayandırılması, erməni hərbi şirkətləri və hərbi startaplar ilə əməkdaşlığı dayandırmağa çağırıb.fed.az