Şəfəqə Doğru » Gündəm » Paşinyanın oğlu Qarabağdan çıxarıldı: “Vəziyyət təhlükəlidir”

Paşinyanın oğlu Qarabağdan çıxarıldı: “Vəziyyət təhlükəlidir”

Paşinyanın oğlu Qarabağdan çıxarıldı: “Vəziyyət təhlükəlidir”

"Paşinyanın Dağlıq Qarabağda "döyüşən” oğlu dünən bölgədən çıxarılıb”.

Shafaqadogru.com  xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Ermənistan baş nazirinin öz oğlu ətrafında şou yaratdığını bildirib:

"Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşotun Qarabağda vuruşması ilə bağlı az qala hər gün danışır, bunu xüsusilə vurğulayır. Aşot Paşinyan da son günlərdə Ermənistanın müxtəlif telekanallarının "gənc ulduz”una çevrilmişdi. O, gah əlində avtomat səngərdə o yan bu yana qaçır, gah mazğalın qarşısında durub binoklla "azərbaycanlıların mövqeləri”nə baxır, gah da "Ermənistan ordusunun şücaəti”ndən, "erməni könüllülərin qəhrəmanlığı”ndan bəhs edirdi.

Ermənistan vətəndaşlarının çoxu bu görüntülərin təbliğat olduğunu düşünsələr də, İrəvanın təbliğat maşını "kiçik Paşinyan”ı qəhrəman obrazının daxilinə yerləşdirməyə can atırdı. Lakin indi o mexanizm işləklik əmsalını aşağı salıb.

Səbəb sadədir: Qarabağda döyüşlərin Ermənistan üçün çox təhlükəli, hətta fəlakətli vəziyyət almasından dolayı, Aşot Nikoloviç Paşinyan dünən günorta saatlarında Dağlıq Qarabağdan çıxarılıb. O, hazırda Meğri şəhərindəki otellərdən birindədir. Otel ciddi mühafizə olunur.

Nikol Paşinyanın göstərişinə əsasən, oğlu yalnız "xüsusi çəkilişlər" üçün Qarabağa aparılacaq, çəkiliş başa çatan kimi geri qaytarılacaq”.