Şəfəqə Doğru » Gündəm » İRAQDA DAHA BİR TERROR: 30 ÖLÜ, 50 YARALI

İRAQDA DAHA BİR TERROR: 30 ÖLÜ, 50 YARALI

İRAQDA DAHA BİR TERROR: 30 ÖLÜ, 50 YARALI

İŞİD qruplaşması iyulun 8-də gecə saatlarında İraqın paytaxtı Bağdaddan 80 kilometr şimalda yerləşən Balad şəhərində şiələrin Seyid Məhəmməd türbəsinə hücum edib.

 

Məlumata görə, terror aktı nəticəsində azı 30 nəfər ölüb, 50 nəfər yaralanıb.

Terrorçular əvvəlcə abidəni minaatandan atəşə tutublar. Daha sonra onlar abidəyə daxil olub və atəş açıblar. Onlardan ikisi türbə yaxınlığında yerləşən bazarda özlərini partladıb. 

Üçüncü kamikadze isə öldürülüb və onun üzərindəki partlayıcı kəmər zərərsizləşdirilib