Şəfəqə Doğru » Gündəm » Paşinyan qorxudan Ermənistan-Azərbaycan sərhədinin möhkəmlənməsi haqda göstəriş verdi...

Paşinyan qorxudan Ermənistan-Azərbaycan sərhədinin möhkəmlənməsi haqda göstəriş verdi...

Paşinyan qorxudan Ermənistan-Azərbaycan sərhədinin  möhkəmlənməsi haqda göstəriş verdi...
"Paşinyanın göstərişi ilə ermənilər Azərbaycanla Ermənistan arasındakı iki ölkənin cənubundakı dövlət sərhədinin müdafiəsini gücləndirmək üçün mühəndis-istehkam işlərinə başlayıblar”.

Moderator.az xəbər verir ki, bunu Rusiya mediasında "Abşerondan əsən külək” psevdonimi ilə yazılar dərc etdirən azərbaycanlı bloger bildirib.

"Bu gün İrəvandan bir məlumat gəldi ki, Paşinyan cinayətkar silahdaşlarını toplayıb və onlar təcili olaraq bu dövlət sərhədində  istehkamlar yaratmağa başlayıblar. Bilirlər ki, Azərbaycan ordusu oranı keçib bizi Naxçıvandan ayıran torpaq ərazisinin bərpasına gedə bilər və başlarını itiriblər”- deyə soydaşımız yazıb.

Sultan Laçın