Şəfəqə Doğru » Gündəm » BAŞÇI AŞPAZINA VƏZİFƏ VERİB, MAŞIN BAĞIŞLAYIB

BAŞÇI AŞPAZINA VƏZİFƏ VERİB, MAŞIN BAĞIŞLAYIB

BAŞÇI AŞPAZINA VƏZİFƏ VERİB, MAŞIN BAĞIŞLAYIB

İcra başçısı təhsili olmayan, müxtəlif iaşə obyektlərində aşpaz işləmiş Anar Rəsulova vəzifə verib. O, A.Rəsulovu rayon İcra Hakimiyyətinə komendant təyin edib. Buna səbəb A.Rəsulovun A.Ağayevə bu günə kimi şəxsi aşpazlıq etməsi olub.

A.Rəsulov icra başçısının həm iş, həm ev, həm də istirahətə getdiyi zamanlarda aşpaz kimi səlahiyyətli adamıdır. Onun bu xidməti icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. A.Ağayev aşpazına yalnız vəzifə verməyib, 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli "Cip” markalı avtomobillər verib.
Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”. Qarşı tərəfi dinləməyə hazırıq.

Shafaqadogru.com Dövrün nəbzinə istinadən bildirir.