Şəfəqə Doğru » Gündəm » Paşinyan Moskvaya buna görə gedir - Ticanyandan ŞOK

Paşinyan Moskvaya buna görə gedir - Ticanyandan ŞOK

Paşinyan Moskvaya buna görə gedir - Ticanyandan ŞOK
"Nikol Paşinyan baş nazir postunu qoruyub saxlamağına kömək edəcəyini düşünərək, Türkiyənin və Azərbaycanın maraqlarını müdafiə etmək üçün Moskvaya gedir. Bu o deməkdir ki, həmin görüşdə Moskva İrəvanın mənafelərini təkbaşına müdafiə edəcək”.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu işğalçı ölkənin Politexnik Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan deyib. İnsitut rəhbərinin sözlərinə görə, Ermənistanın 11 yanvarda Moskvada nümayəndəsi olmayacaq:

"Paşinyanı hakimiyyətdə saxlayan yeganə qüvvə Azərbaycan və Türkiyədir. Baş verənlər göstərdi ki, heç Kreml də onu hakimiyyətdən uzaqlaşdırmaq gücündə deyil. Gəlin hər şeyə real yanaşaq. Hər kəs Paşinyanı ittiham edir, biz də özümüzü günahlandırmalıyıq ki, onu devirə bilmirik”.

Andranik Tevanyan onu da əlavə edib ki, bir qayda olaraq məğlub olmuş lider öz xoşu ilə hakimiyyəti vermir, çevrilişlə gedir: "İndi bizə Paşinyanın yerinə Atatürk kimi döyüşüb qalib gələ bilən adam lazımdır, təssüf ki, həmin şəxsi görə bilmirəm. Atatürk olmasaydı, indi Türkiyə də yox idi. Amma biz Ermənistanın gələcəyini kimə borclu olacağıq? Ağlamalı və tükürpədici sual da budur”.