Şəfəqə Doğru » Gündəm » Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına

Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına

Sahil Babayevin TƏHLÜKƏLİ sosial təminat siyasəti - Mənzillər atasının iş yoldaşlarına, əlillik dərəcəsi anasına
"Bu günlərdə ölkənin , demək olar , bütün saytları ƏƏSM naziri Sahil Babayevin anasının əlilliyinin saxta olması iddialarına nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun cavabını dərc etdi. Nazirlik sözçüsü nazir ailəsinin mətbuat xidmətçisi kimi çıxış edərək Nailə xanımın 25 ildir ağır ürək xəstəliyindən, şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək işdən çıxarılan korrupsionerlərin öz ailələrində saxtakar axtarmalı olduqlarını əlavə edib . Fazil Talıbov nazir anasına əlilliyin 2016-cı ildə yox, 2005-ci ildə verildiyini xüsusi qeyd edib və qanuni olduğunu təsdiq edib". Bu barədə DİA.AZ-a Qarabağ Qaziləri adından edilən müraciətdə bildirilir.

Müraciət müəllifləıri fikirlərini belə davam etdirir: "Belə baxanda, normal cavab hesab etmək olar. Amma burada bir neçə nüans üzə çıxır. Birinci odur ki, adətən belə məsələlərdə "şəxsi məsələ” deyib şərh verməkdən imtina praktikası geniş yayılıb. Xatırlayırsınızsa, Elmar Məmmədyarovun naziri olduğu qurumun nə mətbuat katibindən, nə də eks-nazir kimi özündən övladlarına aldığı 4 milyon dollarlıq mənzillər barədə cavab almaq mümkün olmayıb ki, şəxsi məsələdir. Bəs nə əcəb Sahil Babayevin anasının əlilliyi barədə məsələ şəxsi yox, nazirliyin məsələsi kimi qabardılır? İstənilən halda, əlillik dərəcəsinin anaya oğlu nazir olmamışdan verildiyi görünür. Fazil Talıbovun açıqlamasında 25 illik xəstəlik dövrü göstərilsə də, bu 25 ilin hansı tarixdən başlanması bildirilmir. Mətbuat xidmətinin məlumatına görə, 2005-ci ildə əlillik dərəcəsinin verilməsinə əsaslansaq , xəstəliyin 1980 -ci ildən meydana çıxdığını demək olar. Elə həmin tarixdə də nazir anadan olduğundan, uyğunsuzluq yaranır. Eyni zamanda, korrupsiyaya görə işdən çıxarılma olmur, buna görə korrupsiya idarəsinə müraciət edilməlidir. Onu da qeyd edək ki, Sahil Babayev oxşar diaqnozla, hətta daha ağırları ilə əlillik dərəcəsi alan 1500 -ə yaxın əlilliyi ləğv etdirib və indi də verilməsinə qadağa qoyulub. Nə əcəb öz anası yada düşməyib, Fazil Talıbov?

Bir məsələ də qaranlıqdır, Qarabağ qaziləri və şəhid ailələrinə Bakının Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsündən, bu evdən nazir Sahil Babayevin mərhum atasının "OVİR”dəki keçmiş iş yoldaşlarının, keçmiş və indiki deputatların mənzil almalarından bir ildən çoxdur mətbuat, sosial şəbəkələr durmadan yazırlar. Niyə Fazil Talıbovun səsi çıxmır? Yoxsa, bu da şəxsi məsələdir? Xeyr, kiminsə -nazir olsun, ya olmasın – anasının əlillik dərəcəsinin düz olub-olmamasından fərqli olaraq, əslində bu məsələ birbaşa ƏƏSMN -ə aid olan korrupsiya faktıdır . Və buna indiyədək cavab verilməməsi deyilənlərin doğru olduğunu göstərir.

Sahil Babayevin sosial təminat siyasətinə baxın : əlillik dərəcəsi anaya, mənzillər ataya, iş yerləri də dostlara".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...