Təhsil naziri müavini vəzifəsindən azad edildi
- Tarix: 01-fev-2021, 11:45 - Bölmə: Manşet - Baxış sayı: 94

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

 Report-a istinadən yayılan məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

 

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

M.Vəliyevanın hansı  səbəbdən vəzifədən azad  edildiyi  hələlik açıqlamayıb.


Oxşar xəbərlər