Oğurluq etdiyi evləri yandıran şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 6 evdən oğurluq etmiş və cinayət izlərini itirmək məqsədi ilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb.