"Müəyyən bir təbəqə var ki, onların hər yeri doyur, amma gözləri doymur”
"Həbs edilən məmurlar haqqında konkret heç nə deyə bilmərəm, amma əgər rüşvətxordurlarsa, korrpusiyaya bulaşıblarsa, azadlıqda olan məmurlar da həbs edilib, cəzalarını çəkməlidir”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı pul toplayan məmurların görməmişliyi qarşısında məəttəl qaldığını bildirib:
"Kim əgər rüşvətxordursa, korrupsionerdisə və dövlət onu cəzalandırırsa, bunu elə hamı bəyənir. Heç olmasa bundan sonra gələn nəsilə dərs olar ki, dünya dərəbəylik deyil. Həbs edilən məmurlar haqqında konkret heç nə deyə bilmərəm, amma əgər rüşvətxordurlarsa, korrpusiyaya bulaşıblarsa, azadlıqda olan məmurlar da həbs edilib, cəzalarını çəkməlidir. Deyirlər ki, filan məmur 2,5 milyard pul yeyib. Bu yaxşı puldu, amma biz onu harda görə bilərik, bu bizdən ötrü deyil axı. Müəyyən bir təbəqə var ki, onların hər yeri doyur, amma gözləri doymur. Ölkənin hansı bölgəsinə gedirsən deyirlər ki, bu filan məmurun villasıdır. Fikirləşirsən ki, ilahi, doğrudan da mənim 75 yaşım var, nə qədər pul yığmaq, villa tikmək olar. Bu göz niyə doymur, bu nə nəfisdi, nə görməmişlikdi? Günahı olanlar ya Allah, ya da hüquq-mühafizə orqanları tərəfindən cəzasını almalıdır”.
Vasif Əlihüseyn