Şəfəqə Doğru » Manşet » Fransada vertolyot qəzası baş verib-Ölən və yaralananlar var

Fransada vertolyot qəzası baş verib-Ölən və yaralananlar var

Fransada vertolyot qəzası baş verib-Ölən və yaralananlar var

Alp dağlarının Fransaya aid hissəsində, Kurşevel dağ-xizək kurortu yaxınlığında göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğrayıb.


TASS  xəbər  yayıb ki, bu barədə Savoyya departamentinin prefekturası bildirib.

 

Məlumata görə, helikopter 1,9 min hündürlükdən Rozyer gölü ilə Viyar burnu arasındakı əraziyə düşüb. Xilasedicilər hadisə yerinə təxminən 40 dəqiqə sonra gəliblər.

 

İlkin məlumata görə, qəza zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.