Şəfəqə Doğru » Manşet » Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılacaq- Tərəflər razılaşıb

Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılacaq- Tərəflər razılaşıb

Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılacaq- Tərəflər  razılaşıb

Gürcüstanın maliyyə naziri İvane Maçavariani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat verib.

İ.Maçavariani Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu, nümunəvi dostluq münasibətləri quran iki ölkəni ortaq iqtisadi və geosiyasi maraqların birləşdirdiyini vurğulayıb.

 

Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyini qeyd edib və yeni sərhəd keçid məntəqəsinin birgə inşası layihəsini müzakirə ediblər. Layihə sayəsində sərhəd keçid prosedurları əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrini gücləndiriləcəyi bildirilib.

İki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün imkanların olduğu qeyd edilib.

Söhbət əsnasında yalnız iki ölkə arasında deyil, bütövlükdə bölgə arasında məhsulların fasiləsiz tədarükünü təmin etmək məqsədi ilə gömrük orqanlarının fəaliyyətinin pandemiya şəraitində əlaqələndirilməsi məsələsi də müzakirə olunub/// qafqazinfo