Şəfəqə Doğru » Manşet » “MEQA-SİTİ HOLDİNQ” MMC-nin DİREKTORU HƏBS EDİLDİ

“MEQA-SİTİ HOLDİNQ” MMC-nin DİREKTORU HƏBS EDİLDİ

“MEQA-SİTİ HOLDİNQ” MMC-nin DİREKTORU HƏBS EDİLDİ

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətin direktoru həbs edilib. Xəbərə görə, "Meqa-Siti Holdinq” MMC-nin direktoru Elnur Adil oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, həmin şirkətin təsisçisi Aqil Qədirov da bir müddət əvvəl həbs edilib. İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

***

REDAKSİYADAN: Qeyd edək ki, "Təzadlar" qəzeti "Meqa-Siti Holdinq” MMC tikinti şirkətinin təsisçiləri Fariz Nuriyev, Aqil Qədirov, Mübariz İbrahimov, Maksim Zeynalov, eləcə də şirkətin direktoru Elnur Məmmədovun dələdüzluq əməlləri barədə hələ bir il öncə yazmışdı. Həmin yazını təqdim edirik:

"Meqa-Siti Holdinq” MMC-də qızın iki yox, daha çox adaxlısı varmış

Tarix: 6/3/2018

Şirkətin təsisçiləri Fariz Nuriyev, Aqil Qədirov, Mübariz İbrahimov və Maksim Zeynalov heç bir Azərbaycan qanunuı tanımırlar?

Hörmətli oxucularımız artıq "Meqa-Siti Holdinq” MMC şirkəti təsisçilərinin vətəndaşların başına açdıqları müsibətlər barədə qəzetimizdə və saytımızda gedən yazılardan xəbərdardır. Bu yazılarda Bakı şəhəri Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsi ev 10-da yaşayan Sultan Novruzovun, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 35, mənzil 158 -də yaşayan, YAP idarə heyətinin üzvü, Ağsaqqallar şurası Təftiş komisiyasıının sədri, 70 yaşlı təqaüdçü Adil Məmmədovun, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi bina 5 v, mənzil 15-də yaşayan Əlixanova Tərlan xanımın "Meqa-Siti Holdinq” MMC şirkətinin onları necə aldatmasından, pullarını necə mənimsəməsindən və s. dən söhbət açmışdıq.
Otən sayımızda isə daha iki nəfərin, Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsi ev 29, mənzil 2-də yaşayan Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlunun "Meqa-Siti Holdinq” MMC şirkəti barəda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət qurumlarına, surəti isə qəzetimizə unvanlanmış müraciətlətinin birinci hissəsini olduğu kimi təqdim etdik. Elə bu müraciətdən də görünür ki, "Meqa-Siti Holdinq” MMC şirkətini təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovun vətəndaşları aldatmaları, bir mənzili bir neçə nəfərə satmaları, onları himayə edənin Ədliyyə nazirliyi Qeydiyyat və Notariat İdarəsinin rəis müavini Mehman Soltanovun olması barədə yazdıqlarımızın hamısı düzdür.
İndi isə Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət qurumlarına ünvanlanmış müraciətlırinin iknci hissəsini diqqətə çatdırırıq.
Hörmətli cənab Prezident!
Sizə ünvanladığımız müracətin birinci hissəsində göstərmişdim ki, Meqa-Siti Holding” MMC-dən mənzil alanlar müvafiq dövlət orqanlarına şikayət edərkən payçıların siyahısını tərtib etmişdilər. Bu siyahı o, zaman Yasamal Rayon İcra Hakimiyyətinə təqdim edilmişdi. Siyahıda ev alanların adları və telefon nömrələri göstərilmişdir. Həmin telefon nömrələrinin sahibləri ilə əlaqə saxlayıb dediklərimizin həqiqiliyinə əmin ola bilərsiniz.
Üst- üstə düşən müqavilələr ekspertiza edilərsə, göstərilənlər tam təsdiqini tapacaqdır. Geri tarixlə saxta müqavilənin imzalanmasının təsdiqlənməsi barədə faktla bağlı bir müqaviləni göstərə bilərəm.
Mübahisələrimiz zamanı "Meqa-Siti Holding” MMC-nin təsisçilərindən olan Zeynalov Maksim Ağaqulu oğlu mənzilimizin bizdən əvvəl , yəni, 30 yanvar 2013-cü il tarixində "Meqa-Siti Holdinq” MMC-nin təsiscisi Qədirov Aqil Əhməd oğlu ilə Gülüşov Həbib Hüseynağa oğlu arasında bağlanmış 30/2013 saylı müqavilə və 30/2013 saylı maliyyə arayışı əsasında Gülüşov Həbib Hüseynağa oğlunun mülkiyyətinə verilməsini bildirmişdir.
Müqavilələrdə "Meqa Siti Holdinq” MMC-nin əlaqə üçün (050) 860-14-46 nömrəli telefon nömrəsi göstərilmişdir.
Araşdırmamız zamanı məlum olmuşdur ki, müqaqvilədə əlaqə telefonu kimi göstərilmiş (050) 860-14-46 nömrəli telefon nömrəsi "ASƏRSEL " tərəfindən rəsmi dilleru olan " İNTEQRAL” şirkəti vasitəsi ilə 2014-ci ilin iyun- avqust aylarında satışa çıxarılmışdır. Bu telefon nömrəsi 2013-cü ilin müqaviləsində əlaqə nömrəsi kimi ola bilməzdi.
30 yanvar 2013-cü il tarixli 30/2013 saylı müqavilə və 30/2013 saylı maliyyə arayışının saxta olması və müqavilənin geri tarixlə rəsmiləşdirmək cəhdinin üzə çıxdığını görən Maksim Zeynalov "Arayış” təqdim edərək bildirmişdir ki, "Gülüşov Həbib Hüseynağa oğluna məxsus mənzilin alqı-satqı müqaviləsində və maliyyə arayışındakı tarix səhv yazılmışdır. Gülüşov Həbib Hüseynağa oğluna məxsus mənzil alqı-satqı müqaviləsi və maliyyə arayışı 19 aprel 2015-ci il tarixində verilımişdir.”
Belə olan halda da, mənzilin birinci olaraq bizə 14 yanvar 2015-ci il tarixində satıldığı halda, sonradan nəyə görə 19 aprel 2015-ci il tarixində Gülüşov Həbib Hüseynağa oğluna satılmasına nə Maksim Zeynalov, nə də digər təsisçilər heç cürə aydınlıq gətirə bilməmişdir.
Mübahisələrimiz zaman Gülüşov Həbib Hüseynağa oğlu üzə çıxmamışdır. Onun kimliyi heç kimə məlum deyildir. Deyilənlərə görə o, Ədliyyə Nazirliyinin vəzifəli şəxslərindəndir və məhkəmə orqanlarında qəbul ediləcək qərarlara təsir etmək nüfuzuna malik bir şəxsdir. Onun kimliyinin müəyyən edilməsi maraqlı olardı.
Məlumat üçün qeyd edim ki, Gülüşov Həbib Hüseynağa oğlunun etibarnamə üzrə nümayəndəsi Əkbərov Azər Ağamusa oğludur.
Göstərilən müqavilədə "alıcı” kimi göstərilən Gülüşov Həbib Hüseynağa oğlunun imzası, onun məhkəmədə təmsilçisi Əkbərov Azər Ağamusa oğlunun 10 dekabr 2016-cı il tarixində 1 saylı Bakı "ASAN xidməti " mərkəzində notariat kontorunun xüsusi notariusu A.Qasımovanın təsdiq etdiyi etibarnamədəki imzası ilə uyğun gəlmədiyi müəyyən olunmuşdur.
Gülüşov Həbib Hüseynağa oğlunun təmsilçisi Əkbərov Azər Ağamusa oğlu, bu müqavilələrin saxtakarlığının üzə çıxdığını gördükdə, 30 yanvar 2013-cü il tarixli 30/2013 saylı müqavilədən xəbərlərinin olmadığını və H.Gülüşovun belə bir müqavilə imzalamadığını bildirilmişdir.
Bəs, onun yerinə bu müqaviləni kimlər imzalamış və "Meqa-Siti Holdinq” MMC-nin dairəvi möhürünü kim vurmuşdur ?
Şirkət təsisçilərinin buna aydınlıq gətirməsinə bizə köməklik göstərməyinizi Sizdən Xahiş edirik.
Hörmətli cənab prezident!
Sonradan "Meqa Siti Holdinq” MMC-nin direktoru Məmmədov Elnur Adil oğlu ilə, alıcı Gülüşov Həbib Hüseynağa oğlu arasında 19 aprel 2015-ci il tarixində bağlanmış yeni "nömrəsiz” müqavilə və maliyyə arayışı təqdim edilmişdir.
Müqavilənin satıcı kimi E. Məmmədov, alıcı kimi isə Gülüşov Həbib tərəfindən imzalandığı göstərilmişdir.
Təqdim edilmiş arayışa əsasən 30 yanvar 2013-cü il tarixli 30/2013 saylı müqavilədə və 30/2013 saylı maliyyə arayışında tarix dəyişdirildiyi halda, müqavilədəki imzaların Məmmədov Elnur Adil oğluna və Gülüşov Həbib Hüseynağa oğluna məxsus olması öz tədiqini tapmır.
Elnurun adından imzalanmış göstərilən 19 aprel 2015-ci il tarixli müqavilə ona göstərilərkən o, müqavilədəki imzanın ona məxsus olmadığını və heç bir vaxt belə bir müqavilə imzalamadığını, onun ümumiyyətlə bu müqavilədən xəbərinin olmadığını bildirmişdir. Göstərilənləri yazılı şəkildə bizə də təqdim etmişdir.
19 aprel 2015-ci il tarixli müqavilə də də alıcı kimi göstərilən Gülüşov Həbib Hüseynağa oğlunun imzası onun notariat qaydada təsdiq etdiyi imza ilə uyğun gəlmir.
Göstərdiklərimlə birmənalı olaraq " Meqa Siti Holdinq " MMC-nin təsisçisi Maksim Zeynalovun mənzilləri geri tarixlərlə satması faktı swbut olunur. Mənzillərin Maksim tərəfindən aşağı qiymətə, yaxınlarının adına sənədləşdirilməsi faktı imzalanmış 19 aprel 2015-ci il tarixli müqavilədə də öz təsdiqini tapır.
Belə ki, İnternet səhifələrində daşınmaz əmlakların alqı -satqı müqaviləsi barədə 17.09.2015-ci il tarixli elanda göstərilən binanın 21-ci mərtəbəsindəki 3 otaqlı 103 kv.m təmirsiz mənzil təcili olaraq dəyərindən aşağı qiymətə 60 000 ( altımış min ) manata satıldığı bildirilmişdir.
Mənzilin dəyəri göstərilən tarixlərdə 60 000 ( altımış min ) manatdan yuxarı olduğu halda , 19 aprel 2015-ci il tarixində müqaviləyə əsasən mənzilin şübhəli qiymətə , 46 080 (qırx altı min səksən ) manata H. Gülüşova satılması bir daha sübut edir ki, " Meqa Siti Holdinq " MMC-nin təsiscisi Maksim Zeynalovun mənzilləri dəyərindən aşağı qiymətə geri tarixlərlə yaxınlarının adına rəsmiləşdirir.
"Meqa-Siti Holdinq” MMC-nin formal direktoru Məmmədov Elnur Adil oğlunun vergiləri ödəməməsinə və məhkəmə qərarlarının icra edilməməsinə görə həbs olunmasından və təsisci Qədirov Aqil Əhməd oğlunun gizlənməsindən istifadə edən Maksim Zeynalov öz çirkin əməllərini daha da genişləndirmişdir.
O, bundan istifadə edərək onların adlarından mənzil satışı ilə bağlı geri tarixlərlə saxta müqavilələr imzalamaqla əsassız olaraq varlanır və külli miqdarda pul vəsaitinə malik olur. Bu pul vəsaitləri yarımçıq tikilinin sona çatdırılmasına yox, Maksimin cibinə gedir.
Son dəfə, bu yaxınlarda "Meqa-Siti Holdinq” MMC-nin inşa edilən binanın 2-ci mərtəbəsində olarkən Maksim Zeynalov masasının üzərində 10-dan çox Məmmədov Elnur Adil oğlunun adından olan saya, doldurulmamış müqavilənin və maliyyə arayınının olmasının şahidi olduq. Bundan bir nüsxə götürmüşəm. İşdən azad olmuş direktorun adından bu qədər müqavilə və maliyyə arayışının masanın üzərində olması bir daha sübut etdi ki, həqiqətən Maksim Zeynalov bu gün də Elnurun adından geri tarixlərlə müqavilələr imzalamaqda davam edir.
***
Mübahisələrimiz zamanı Maksim Zeynalova onun MMC-nin Nizamnaməsinə əsasən təqdim etdiyi sənədləri imzalamaq səlahiyyətinin olmadığı bildirilmişdir. O, əməllərini ört-basdır etmək məqsədi ilə rəsmi olaraq MMC-nin təsiscilərinin imzası ilə "Arayış” təqdim edərək göstərilmişdir ki, " Verilir "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Maksim Zeynalov Ağaqulu oğluna ondan ötəri ki, həqiqətən 02.02.2016-cı il tarixindən hal-hazıra kimi. "Meqa-Siti Holdinq” MMC-nin icraçı direktorunun səlahiyyətlərini icra edir.”
Bundan başqa, digər bir sənəddə bildirilir ki, Maksim Zeynalov 15 yanvar 2016-cı il tarixindən "Meqa-Siti Holdinq” MMC-nin təsisçilərinin qərarı əsasında icraçı direktor vəzifəsini icra edir.
Belə olan halda, "Meqa-Siti Holdinq” MMC-nin formal direktoru olmuş Məmmədov Elnur Adil oğlunun hazırda vergiləri ödəməməyə və məhkəmə qərarlarını icra etməməyə görə həbs edilməsi başa düşülən deyildir.
Nəyə görə "Meqa-Siti Holdinq” MMC-nin direktoru Zeynalov Maksim Ağaqulu oğlu yox, MMC-nin formal direktoru olmuş Məmmədov Elnur Adil oğlu həbs edilib? Buna müvafiq hüquq- mühafizə orqanlarının aydınlıq gətirməsinə zərurət vardır.
Daha bir məsələni qeyd etmək istəyirəm ki, mübahisələrimiz zamanı Maksim Zeynalov binanın 17-19-cu mərtəbələrində ev alanların siyahısını təqdim etmişdir. Siyahı əvəllər tərtib edilmiş siyahı ilə uyğun gəlmir. Biz mənzil sahibləri ilə əlaqə saxlayan zaman və onların hər birinin əlində müqaviləsinin olması və mənzillərin dəyərlərinin ödənilməsi barədə maliyyə arayışlarının olması məlum oldu. Maksimin verdiyi siyahıya əsasən hər bir mərtəbədə 3-4 mənzil alıcılarına problemlər yaradılmışdır və onların bundan xəbərləri yoxdur. Hətta bir mənzil sonradan təsisçi Nuriyev Fariz Əsgər oğlunun "Meqa-Siti Holdinq” MMC-də işləyən əmisi oğlu Pərviz Nuriyevin adına yazılmışdır. Hansı ki, bu mənzil Əliyeva Gülnaz Tofiq qızına məxsusdur.
18-ci mərtəbədə olan mənzil sahiblərindən 102,4 kv.m mənzillərin sahibi kimi göstərilmiş Həsənov İlqarın və Gülüşov Həbibin adları yuxarıda göstərdiyim siyahıda yoxdur.
İlkin tərtib edilmiş siyahıya əsasən 18-ci mərtəbədə olan 102,4 kv.m mənzillərin Salayev İdrisə və Osmanov İbrahimə məxsus olması göstərilmişdir. Siyahıda onların mobil telefon nömrələri əlaqə nömrəsi kimi göstərilmişdir.
Osmanov İbrahimlə bağlanmış 09/10/14 saylı və eyni tarixli müqavilədən də görünür ki, müqavilədə satıcı kimi MMC-nin direktoru Elnur Məmmədovun yazılmasına baxmayaraq, müqaviləni təsisçi Fariz Nuriyev imzalamışdır. Maliyyə arayışında da E. Məmmədovun əvəzinə F. Nuriyev imza atmışdır. İbrahimin dediyinə görə mənzilin dəyəri nağd şəkildə Farizə ödənilmişdir.
Artıq Maksim Zeynalovun özbaşınalığından qorxan müəyyən sakinlər öz mənzillərini Polis mühafizəsinə təhvil verməyə məcbur olmuşlar. Hazırda bir neçə mənzil Polisin mühafizəsindədir.
Maksim Zeynalov bütün bu oyunları, yaratdığı cinayətkar qrupun iştirakı ilə həyata keçirir. O, bir qrup fiziki şəxslərin qeyri qanuni xidmətlərindən istifadə edərək, Əmək Məcəlləsinin qaydalarını kobud şəkildə pozaraq, onların "Meqa-Siti Holdinq” MMC ilə heç bir əmək münasibətləri olmadığı halda, işə cəlb etmiş və MMC-də qeydiyyatdan kecirilməyən iddialarla mənzil alıcıların hüquqlarını pozur. Bu məsələ də ətralı araşdırılmalıdır. Bu, əvvəlcədən düşünülərək həyata keçirilən bir plandır.Nəticədə baş verən hər hansı bir qanun pozuntusuna görə məsuliyyət daşımalı olan şəxsi müəyyən etməkdə çətinlik yaratmaq üçün atılan bir addımdır.
Maksim Zeynalovun və onun "Meqa-Siti Holdinq” MMC-nin adından işlərin görülməsinə cəlb edildiyinə görə dövlətə vergi və digər ödənişlərin ödənilməməsinin səbəblərinə Vegilər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin münasibət bildirmələrini istərdik.
Evimi Banka girov qoyub Respublikaya gətirdiyin malları "Meqa Siti Holdinq " MMC-nin inşa etdiyi binaya vermişəm. Əvəzində bizə mənzil verilmişdir. Əgər MMC-nin təsisciləri mənzillərin satışından əldə etdikləri pul vəsaitini tikintiyə qoymayıb mənimsəmişlərsə, bunun mənə nə dəxli. Onlar son ümüd kimi bizim mənzili sataraq vəziyətdən çıxmaq istəyirlrsə bizim malların dəyərlərini ödəsinlər. Mənzil bizə mal əvəzinə verilməsi onların xahişinə əsasən həyata keçirilmişdir.
Hazırda Banka olan borcumu ödəyə bilməməyim səbəbindən Bank ailəmi evsiz qoymuşdur. Məhkəmənin qərarı ilə mənzilimizi öz mülkiyyətinə keçirmişdir. Hazırda bizim yaşayış evimiz yoxdur.
Redaksiya heyyətindən xahiş edirik ki, bizim haqımızı taptalayan "Meqa Siti Holdinq" MMC-nin təsisçiləri Qədirov Aqil Əhməd oğlu və Zeynalov Maksim Ağaqulu oğlunun əməllərinin müvafiq dövlət qrumlarının rəhbərlərinə çatdırılmasında və göstərdiklərim məsələlərdə kimin haqlı-kimin haqsız olmasına ictimaiətin nümayəndələrinin fikrlərini öyrənməkdə bizə köməklik göstərəsiniz.
Göstərdiklərimdən başqa, etibarımızdan sui-istifadə edən Qədirov Aqil Əhməd oğlu ona məxsus başqa bir firma " İDEAL-R " MMC tərəfindən bizə atılmış mal əvəzi əmlaka görə bizdən aldığı 250 000 (iki yüz əlli min ) manatən bir qrup şəxslə özünküləşdirməsi və bizə külli miqdarda zərər vurması barədə əlavə müraciətim olacağdır.
Yuxarıda göstərdiyim bütün sənədləri redaksiyaya təqdim edəcəyəm və hər bir göstərdiyim sənədə müvafiq dövlət qrumlarının hüquqi qiymət verilməsində mənə köməklik göstərilməsini Sizdən xahiş edirəm.
 
 
 

 Shafaqadogru.com Tezadlar -a isdinadən bildirir.
 
 
 
 
 
 

 
 
 

Allahverdiyev Müslüm Agası oğlu
Salayev İdris Balaxan oğlu


Hazırladı: Elçin Məmmədli