"Microsoft” şirkətinin banisi Bill Qeyts zəngin ölkələrin insanlığı iqlim fəlakətindən necə xilas edə biləcəyini açıqlayıb.
Qeyts fikirlərini "Technology Review” portal ilə bölüşüb.
"Hesab edirəm ki, bütün zəngin ölkələr 100%-lik sintetik mal ətinə keçməlidirlər. Sonradan siz istehsalçıların zamanla yaxşılaşdıracağı yeni dad duyğularına öyrəşəcəksiniz”, – deyə o bildirib.
Qeyts tərəvəz zülallarına keçidin heyvandarlığın istehsalında metan tullantılarıyla mübarizəyə kömək edəcəyinə ümid etdiyini deyib.