Şəfəqə Doğru » Manşet » Anasını vurmaq istədi, bacısını yaraladı

Anasını vurmaq istədi, bacısını yaraladı

Anasını vurmaq istədi, bacısını yaraladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu 1-ci Mədən, korpus 43 ünvanında qeydə alınıb.

1986-cı il təvəllüdlü Husayen Gülxanım Arif qızı bıçaq xəsarəti alıb. Bildirilir ki, hadisəni törədən onun qardaşı olub.

Belə ki, oğul anasına bıçaq zərbəsi endirmək istəyən zaman H.Gülxanım araya girib və zərbə ona dəyib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır // hit.az