Şəfəqə Doğru » Manşet » Qadının təqaüd kartından pul oğurladı-qonşu fırıldağı

Qadının təqaüd kartından pul oğurladı-qonşu fırıldağı

Qadının təqaüd kartından pul oğurladı-qonşu fırıldağı

Zaqatala polisinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini olan qadın yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. 

 

Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır/// modern.az