Şəfəqə Doğru » Manşet » Ukraynalı alım-"Qərb bizi Rusiya ilə müharibəyə sürükləyir"

Ukraynalı alım-"Qərb bizi Rusiya ilə müharibəyə sürükləyir"

Ukraynalı alım-"Qərb bizi Rusiya ilə müharibəyə sürükləyir"

Şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında müharibə üçüncü qüvvələr üçün çox sərfəlidir. Donbasda vəziyyətin kəskinləşməsində də Qərb öz rolunu oynayıb.

Bu barədə Axar.az-a açıqlamasında ukraynalı alim, televiziya aparıcısı və siyasi şərhçi Anatoli Vasserman bildirib.

Onun sözlərinə görə, Donbasda eskalasiya birbaşa ABŞ-la bağlıdır.

"Ağ Evin yeni rəhbəri Ukraynanın əli ilə Rusiyaya zərbə vurur. Hazırda Qərb bizi bir-birimizlə vuruşmağa məcbur etmək üçün əlindən gələni edir. Əsas məqsəd Ukraynada müharibə yaradaraq Rusiyanı məhv etməkdir”, - deyə alim qeyd edib.