Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində final görüşünə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, 65 kq-dakı idmançımız finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq gümüş medalla kifayətlənib.
74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib. Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.
Əliyev və Hacıyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin ediblər.