Şəfəqə Doğru » Manşet » Bolqarıstanda Rusiyaya işləyən casus qrupununun ifşa edildiyi deyilir

Bolqarıstanda Rusiyaya işləyən casus qrupununun ifşa edildiyi deyilir

Bolqarıstanda Rusiyaya işləyən casus qrupununun ifşa edildiyi deyilir

Bolqarıstan bildirir ki, məxfi informasiyaları Rusyaya ötürməkdə şübhəli bilinən 6 nəfər saxlanıb və onlara qarşı ittiham irəli sürülüb.

Bolqarıstan Baş Prokurorluğunun sözçüsü Siika Mileva martin 19-da deyib ki, şübhəlilər "Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat Xidmətinin keçmiş vəzifəli rəsmisinin” rəhbərlik etdiyi casus qrupunun üzvləridirlər.

Onların Bolqarıstan, NATO və Avropa İttifaqı ilə bağlı məxfi informasiyalara çıxışı olan bolqar rəsmilərini ələ aldıqları bildirilir.