Şəfəqə Doğru » Manşet » Taksi şoferi maşında unudulan pulu götürüb yoxa çıxdı

Taksi şoferi maşında unudulan pulu götürüb yoxa çıxdı

Taksi şoferi maşında  unudulan  pulu götürüb yoxa  çıxdı

Bakıda şirkət əməkdaşı internet üzərindən sifariş etdiyi taksidə 44 min manat pulunu yaddan çıxarıb.

Elxan İsrafilov üzərində külli miqdarda pulla banklardan birinə gedirmiş. O, sifariş etdiyi "Toyota” markalı taksi ilə ünvana gedib və Nəsimi rayonu ərazisində taksidən düşüb.

Bu zaman 26 min dollar (44 min manat) pulu maşında unudub, sürücü isə ərazidən uzaqlaşıb.

E.İsrafilov polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, onun sifariş etdiyi taksinin sürücüsü Seymur İsmayılzadə ad-soyadlı şəxs olub.

Məlumata görə, həmin şəxs şirkətdən icarəyə götürdüyü avtomobili elə həmin gün təhvil verib və işdən çıxıb.

Hazırda Nəsimi RPİ-də araşdırmalar davam etdirilir// qafqazinfo