Birləşmiş Ərəb Əmirliklərinin birinci və yeganə maliyyə naziri Həmdan ben Rəşid əl Məktum Dubayda ölüb.
Bu məlumatı BƏƏ-nin Baş naziri Məhəmməd ben Rəşid əl Maktum yayıb. Məlumata görə, vəfat edən maliyyə nazirinin 75 yaşı olub.
Qeyd edək ki, Həmdan ben Rəşid əl Məktum 1945-ci ildə anadan olub və mərhum Dubay şeyxi Rəşid ben Səid əl Məktumun ikinci oğlu olub. O, 1971-ci ildə BƏƏ-nin yaradılmasından dərhal sonra maliyyə naziri təyin edilib//axar.az