Şəfəqə Doğru » Manşet » Dağlıq Qarabağ separatçılarından növbəti qudurğanlıq

Dağlıq Qarabağ separatçılarından növbəti qudurğanlıq

Dağlıq Qarabağ separatçılarından növbəti qudurğanlıq

Qondarma rejimin qalıqları növbəti utanmaz addımıyla gündəliyə gəlib. Belə ki, separatçı oyunçaq dövlətin "parlament" adlandırdığı yığıncağın 3 franskiyası öz simalarına sadiq qalaraq Rusiyanın qılığına girəcək yeni bir təşəbbüs ortaya atmış, rus dilini də "rəsmi dil" elan etməyi təklif etmişdir. Bu siyasi qrup iddia edir ki, həmin layihə Rusiya ilə mədəni yaxınlaşmaya "tövhə" verəcəkdir.
 
Bəyanatda deyilir : "Artsax və Rusiya arasında mədəni, hərbi və iqtisadi əlaqələrin tarixini və rus dilinin artsaxlıların çoxunun ikinci dili olduğunu nəzərə alaraq, yeni keyfiyyətli münasibətlərin və yeni gündəmin formalaşmasının vacib olduğunu hesab edirik”. 
 
Qeyd edək ki, təşəbbüsün əsas müəllifi oyunçaq parlamentin "Elm, təhsil, idman, mədəniyyət və gənclik" komissiyasının sədri, Aram Harutyunyandır. O dəqiqləşdirmə də edib ki, rus dili "ikinci rəsmi dil" kimi istifadə olunacaqdır və əsas dil erməni dili qalır.