Şəfəqə Doğru » Manşet » Süveyş tıxacı hələ açılmır

Süveyş tıxacı hələ açılmır

Süveyş tıxacı hələ açılmır

Süveyş kanalında saya oturan "Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.

Bu barədə kanal rəsmisi Üsami Rabea bildirib.

Ötən gün qoşqu vasitəsilə gəmini tərpətməyə çalışdıqlarını deyən Rabea bu gün yenidən cəhd ediləcəyini vurğulayıb.

Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.