Azərbaycanda ümumi əhalinin 9 faizi COVID-19-a qarşı peyvənd olunub. Koronavirusinfo.az saytına istinadən xəbərdə bildirilir ki, vaksinasiyadan keçməyən əhali 91 faiz təşkil edir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337361 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889216 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448145 nəfərdir.