Şəfəqə Doğru » Manşet » Hüseynbala Mirələmov haqqında YAP-dan ilk açıqlama -"Yolverilməzdir,Qınayırıq"

Hüseynbala Mirələmov haqqında YAP-dan ilk açıqlama -"Yolverilməzdir,Qınayırıq"

Hüseynbala Mirələmov haqqında YAP-dan ilk açıqlama -"Yolverilməzdir,Qınayırıq"

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb. Sosial şəbəkələrdə yayılan videoda H.Mirələmov köməkçisi olan gənc xanıma qarşı qeyri-əxlaqi hərəkət etdiyi görünür.

 

Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

 

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

 

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır."