Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həlak olub.
TASS-a istinadən xəbərdə bildirilib ki, nazirin idarə etdiyi avtomobil San Andres de Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.
Xatırladaq ki, M.Meoni 2019-cu ilin dekabrından quruma rəhbərlik edib.