Şəfəqə Doğru » Manşet » Xınalığa yeni yol çəkilir

Xınalığa yeni yol çəkilir

Xınalığa yeni yol çəkilir

Gələn il ərzində sözügedən yolun 30 kilometrlik Susay-Xınalıq hissəsi və Qrız kəndinə gedən 4 km-lik yolun tikintisinin yekunlaşması planlaşdırılır.

 

Bu barədə Modern.az saytına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

O bildirib ki, yeni çəkilən Quba-Susay-Xınalıq yolunun Alpan-Kürkün-Susay hissəsinin 24 kilometri hazırdır. Yolun Susay-Xınalıq istiqamətində tikinti işləri davam etdirilir: "Yolun həmin hissəsi çətin relyefə malik ərazilərdən keçir. Həmin ərazi dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə olduğundan qış fəslində işlər müvəqqəti dayandırılmışdı. Hazırda hava şəraiti imkan verdiyi üçün ərazidə işlər davam etdirilir. Gələn il ərzində sözügedən yolun 30 kilometrlik Susay-Xınalıq hissəsi və Qrız kəndinə gedən 4 km-lik yolun tikintisinin yekunlaşması planlaşdırılır".