Şəfəqə Doğru » Manşet » Avtoritet "Krıtıy Elmar" saxlanıldı

Avtoritet "Krıtıy Elmar" saxlanıldı

Avtoritet "Krıtıy Elmar" saxlanıldı

Lənkəranda avtoritet saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq "Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

 

Qeyd edək ki, cinayətkar aləmdə "krıtıy Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub. 

Faktla bağlı araşdırma aparılır//qafqazinfo