Şəfəqə Doğru » Manşet » SON DƏQİQƏ! Bu tarixdən Gürcüstan quru sərhədlərini açır

SON DƏQİQƏ! Bu tarixdən Gürcüstan quru sərhədlərini açır

SON DƏQİQƏ! Bu tarixdən Gürcüstan quru sərhədlərini açır

İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstan 1 iyun tarixindən etibarən quru sərhədlərini açacaq. 

InterPress.ge xəbər saytı xəbər yayıb ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının əməliyyat heyətinin rəhbəri Qiorqi Ğibradze açıqlama verib.

"Quru sərhədləri açılacaq və sərhədi keçmək tam peyvəndləmə sertifikatı və son 72 saat ərzində keçirilmiş mənfi  PCR testinin nəticəsində mümükün olacaq. Gürcüstana daxil olan şəxslərin PCR testini növbəti 72 saat ərzində yenidən verməsi tələb olunacaq. Bütün ziyarətçilərə Kovidlə əlaqəli hadisələri də əhatə edən tibbi sığortanın olması tövsiyə olunur",  - Ğibradze deyib.