Şəfəqə Doğru » Manşet » Kənd məktəbinin şagirdi maksimum bal toplayıb

Kənd məktəbinin şagirdi maksimum bal toplayıb

Kənd məktəbinin şagirdi maksimum bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb.

 

Dövlət İmtahan Mərkəzinə istinadən yayılan  xəbərdə bildirilib  ki, imtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb.

 

Qeyd olunub ki, həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.