Şəfəqə Doğru » Manşet » Ramiz Əzizbəyli infarkt keçirib

Ramiz Əzizbəyli infarkt keçirib

Ramiz Əzizbəyli infarkt keçirib

"COVID-19” diaqnozu qoyulan Xalq artisti Ramiz Əzizbəyli xəstəxanada olarkən infarkt keçirib. 

Bu barədə  məşhur aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atası mayın 28-də infarkt keçirdiyi üçün müalicə aldığı palatadan reanimasiya şöbəsinə köçürülüb. 

Hazırda aktyorun vəziyyətinin ağır olduğu qeyd edilir.  

Qeyd edək ki, R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalına yerləşdirilib.  

 

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.